Şagirdlər ll Fəxri Xiyabanı ziyarət etdilər.

Məktəbimizdə 27 sentyabr Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilməkdədir.
25 sentyabr 2023-cü ildə məktəbimizin UBTR- i Fəridə Ağayevanın təşkilatçılığı ilə şagirdlər II Fəxri xiyabanda oldular.Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanınından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı ziyarət etdilər.Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir .2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.
Allah şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi