Məzun Şəhidimiz Nurlan Mustafayevin anım günü

    14.10.2023-cü il tarixdə məktəbimizin 2009-cu il məzunu, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi Şəhidi Mustafayev Nurlan Ağa oğlunun şəhadətə qovuşduğu gündür. O, Vətən müharibəsinə könüllü olaraq getmiş və 14.10.2020-ci il tarixində qəhrəmancasına Şəhid olmuşdur. 21.10.2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunmuşdur. Məktəbin müəllim və şagird kollektivi II Fəxri Xiyabanda dəfn edilmiş Şəhidimizin məzarını ziyarət edərək onun əziz xatirəsini dərin ehtiramla yad etdilər. Şagirdlər Şəhidimizə həsr olunmuş şeirlər söylədilər.

    Nurlan Mustafayev ölümündən sonra  “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif olunub. 

    Bütün Şəhidlərimizin, o cümlədən də Nurlan Mustafayevin xatirəsi daim əziz tutulacaq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi