Maraqlı ekskursiyalar

Səmərəli asudə vaxtın təşkilinin məktəblilərin mənəvi-əxlaqi keyfiyyətlərinə təsiri böyükdür.Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır. Şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır. Məlumdur ki, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyillərinə, hüquq pozuntuları və cinayətkarlıq hallarına bəzən rast gəlinir. Xoşagəlməz halların aradan qaldırılması və intellektual və mənəviyyatlı Azərbaycan gənclərinin yetişməsi üçün onların boş vaxtlarının düzgün şəkildə təşkili diqqət mərkəzində olmalıdır.Bu baxəmdan məktəbin  Fəaliyət Planında  şagirdlər üçün müxtəlif məzmunlu ekskursiyaların təşkili nəzərdə tutulmuşdur. Şagirdlərdən bir qrupu Səməd Vurğunun ev -muzeyi və Bakı Kitab Mərkəzində olmuşlar..

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi