Gigiyena və sağlam qidalanma sağlamlığın əsasıdır

Noyabrın 22 – də məktəb rəhbərliyinin, məktəbin tibb bacısı Yeganə Daşdəmirovanın, müəllimlərin iştirakı ilə Nəzakət Məmmədlinin 8ç sinfində “Gigiyena və sağlam qidalanma sağlamlığın əsasıdır” mövzusunda dərsi dinlənildi. Məqsəd yetkinlik yaşına çatmış şagirdləri reproduktiv sağlamlıq və sağlam həyat tərzi haqqında məlumatlandırmaqdan ibarət olmuşdur.

Dərsdə Nəzakət Məmmədli “Reproduktiv sağlamlıq", onun qorunmasının zəruriliyi ilə bağlı şagirdlərə maarifləndirici informasiyalar verdi.  

Sonda mövzu  ilə  bağlı şagirdlərin  fikirləri dinlənildi, sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi