“Zəfər Dastanı” adlı onlayn şeir müsabiqəsi

Sentyabrın 28-dən Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilmişdir.

Müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, böyüməkdə olan gənc nəsildə hərbi – vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.

Müsabiqə şagirdlər arasında şeir və mahnı nominasiyaları üzrə 2 yaş (7-14 yaş və 15-20 yaş) qrupunda və 2 mərhələdə keçirilmişdir.

Oktyabrın 20 – də, ilkin mərhələdə iştirakçılar tərəfindən hazırlanan şeirlər təyin olunmuş münsiflər heyəti tərəfindən dinlənildi. Münsiflər heyəti tərəfindən fərqlənən şagirdlərin videoçarxı müvafiq elektron ünvana göndəriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi