Sinif rəhbərləri ilə görüş

Sentyabrın 6 – da məktəbin akt zalında məktəb rəhbərliyinin, kitabxana müdirinin V – XI sinif rəhbərləri ilə görüşü keçirildi. Görüşdə yeni tədris ilinə hazırlıqla bağlı zəruri məlumatlar, məktəbdaxili və sinifdaxili qaydalar, vahid məktəbli forması, şagird, valideyn və məktəb əməkdaşlığı, məktəbdə təyin edilmiş qrafik üzrə dərsliklərin paylanılması haqqında informasiyalar sinif rəhbərlərinin diqqətinə çatdırıldı.

Məktəb rəhbərliyi məktəbdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 – ci il tarixli 96 nömrəli Qərarına əsasən 2023 – 2024 – cü tədris ilində vahid məktəbli formasının təminatı ilə bağlı, müvəqqəti jurnalların tərtibatı və məktəbli kitabçaları haqqında müvafiq məlumatları paylaşdılar. Eyni zamanda V sinif rəhbərlərinə şagirdlərə qarşı xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə etdilər.

Məktəbin kitabxana müdiri Sevinc Rəhimova sinif rəhbərlərini dərsliklərin paylanması qrafiki, məktəbin şagird kontingentindən çıxarılan və daxil olan şagirdlərə dərsliklərin verilməsi qaydası ilə tanış etdi.

Sinif rəhbərlərini maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən cavablandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi