Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq silsilə tədbirlərin davamı olaraq məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Günay Əşrəfovanın təşkilatçılığı ilə 3e sinfində “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı nümunə dərs keçirildi.

Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Günay Əşrəfova müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətləri haqqında məlumat verdi.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir dünya tarixinə parlaq və silinməz iz qoyduğunu, müdrik dövlət xadimi kimi bütün dünyada tanındığını hər kəsin diqqətinə çatdırdı.

Şagirdlərin təqdimatındakı rəqslər, səhnəciklər, şeirlər, məlumatlar məktəb rəhbərliyi və valideynlərin alqışları ilə qarşılandı. Günay Əşrəfova şagirdlərin köməkliyi ilə hazırladıqları tablonu  təqdim etdi.

Məktəb rəhbərliyi uğurlu dərs üçün ibtidai sinif müəlliminə və şagirdlərə xüsusi təşəkkürlərini çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi