“Heydər Əliyev 100” – estafet yarışı

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq məktəbdə estafet oyunu keçirilmişdir. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Nailə Mahmudovanın təşkilatçılığı ilə keçirilən estafet oyunlarında 2d sinif şagirdləri xüsusi çeviklik, əzmkarlıq, sağlam rəqabət nümayiş etdirdilər.

Sonda məktəb rəhbərliyi Ümummilli lider Heydər Əliyev idmanın əhəmiyyəti haqqında səsləndirdiyi -  “İdman, bədən tərbiyəsi hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir vasitəsidir.” fikri iştirakçıların diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi