Narkomaniyaya "YOX" deyək!

Dekabrın 19 – da  məktəbdə Binəqədi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə  yuxarı sinif şagirdləri ilə "Narkomaniyaya "YOX" deyək!" adlı tədbir keçirildi. Tədbirdə  Binəqədi Rayon Polis İdarəsinin 5 – ci polis bölməsinin rəisi, polis mayoru Cavid İsmayılzadə,  Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis kapitanı Eltun İsayev, Binəqədi Rayon Polis İdarəsinin 5 – ci polis bölməsinin azyaşlılar üzrə baş inspektoru polis mayoru Elvin Quliyev, məktəb rəhbərliyi və şagirdlər  iştirak edirdilər.

Tədbirdə narkomaniyanın cəmiyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün diqqət yetirilməsi olduqları məqamlar, narkotiklərə aludə olmağın fəsadlar, nəticələri və s. haqqında geniş məlumat verildi, narkomaniyaya qarşı dövlətimiz tərəfindən aparılan mübarizədən danışıldı. Həmçinin çıxış edənlər şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələrini gənclərin diqqətinə çatdırdılar.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi