Zəfər Fədailəri
Sentyabrın 27 – də məktəbdə müxtəlif siniflər üzrə dərslərdə “Anım Günü” qeyd olundu. Məktəbin 1a sinfində ibtidai sinif müəllimi Rəfiqə Əiyeva, 2a sinfində ibtidai sinif müəllimi Əsmayə Qərnayeva, 5ç və 6b siniflərində Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman Yusifkənanın təkilatçılığı ilə keçirilən dərslərdə rəşadətli ordumuzun qısa müddət ərzində sarsıdıcı zərbələrlə düşməni doğma torpaqlarımızdan qovub çıxarmaları, cəsur Vətən övladlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda böyük qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq nümunələri ortaya qoymaları şagirdlərin diqqətinə çatdırıldı. Bütün şəhidlərin əziz xatirəsinin daim dərin ehtiramla anıldığını və onların adlarının hər zaman uca tutulacağını bildirildi, Vətən müharibəsi və Zəfər tarixinin öyrənilməsinin, qəhrəman oğulların döyüş şücaətlərinin təbliğ edilməsinin vətənpərvər gənc nəslin yetişdirilməsində xüsusi önəm kəsb etdiyini vurğulandı.
Şagirdlər şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər, məlumatlar təqdim etdilər, divar qəzetləri hazırladılar.