“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya

Təhsil Nazirliyi ilə Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi – mədəni mərkəzi arasında imzalanmış müvafiq müqavilələrə əsasən, Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin 2022-ci ilin aprel – dekabr ayları ərzində Heydər Əliyev Mərkəzinə və “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğuna ekskursiyaları nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən aprelin 25 – də məktəbin 8 – ci sinif şagirdləri (60 nəfər) “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğuna ekskursiya etdilər.

Ekskursiya zamanı şagirdlər təyin olunmuş  bələdçi tərəfindən Şirvanşahlar sarayı, Qız qalası, qədim məscidlər, hamamlar, Bəylər məscidi, Sıratağlı dini – memearlıq kompleksi, Bakı xanlarının evi, qoruqda yerləşən abidələr haqqında maraqlı məlumatlarla tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi