“Şuşa ili”nə həsr olunmuş XIII rus dili və ədəbiyyatı olimpiadası
Aprelin 19 – da VII – IX sinif şagirdləri arasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliliyi tərəfindən Azərbaycan Respublikasında elan edilmiş “Şuşa ili”nə həsr olunan rus dili və ədəbiyyatı üzrə XIII olimpiada keçirilmişdir.
Təlimata müvafiq olaraq ilk mərhələdə Molla Pənah Vaqifin və Xurşudbanu Natəvanın həyat və yaradıcılığına aid test sualları (2 variantda) şagirdlərə təqdim olunmuşdur. Müvafiq vaxt çərçivəsində şagirdlər həmin sualları cavablandırmışlar.
Nəticəsi yüksək olan iki şagird növbəti mərəhələdə iştirak hüququ əldə etmişdir.