Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turunda iştirak etmək hüququ qazanan şagirdlər təltif edildilər

Mayın 27-də müvafiq fənlər üzrə final turunda iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirildi. Onlara növbəti mərhələyə hazırlıqla bağlı tövsiyələr verildi və yarımfinal mərhələsində uğurla iştirak etdikləri üçün təltif edildilər.
V sinif şagirdlərinin iştirak etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası üzrə 6 şagirdimiz final mərhələsində iştirak hüququ qazanıb.
VI və VII sinif şagirdlərinin iştirak etdiyi Məktəblilərarası fənn müsabiqələrində fizika fənni üzrə 1 şagirdimiz final mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turu 31 may 2025-ci il tarixində keçiriləcək.