"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi"nə həsr olunmuş məktəb-şagird icmasının dəyirmi masası keçirildi

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.

Layihə çərçivəsində "dəyirimi masa"lar, debatlar, şairin fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq, poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, şairə həsr olunmuş bədii, sənədli filmlərin nümayişi, "Füzuli dünyası" adlı intelektual oyun və müsabiqənin keçirilməsi nəzərdə tutulub.

Aprelin 23-da məktəbin təşkilatı işlər üzrə direktor müavini Ş. Abdullayeva və məktəb- şagird icması ilə birlikdə "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi"nə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada şagirdlərin təqdimatları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi