Xarici dillər aylığı çərçivəsində "FLEX" proqramı ilə şagirdlər tanış oldular

Məktəbin illik fəaliyyət planının 1.1.1. 8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Aprel ayı məktəbdə xarici dillər aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq məktəbimizin ingilis dili müəllimi Şəfəq Yusifovanın təşkil etdiyi bir günlük təlimdə ingilis dili müəllimi Cəfərova Şəfa ,10 "A" və 10 "B" sinif şagirdləri USAzerbaijan Education Center-də "FLEX" proqramı ilə tanış oldular. Şagirdlərin hazırladıqları "Tourism in Azerbaijan" videoçarxı təqdim olundu. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi