"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi"nə həsr olunmuş "Leyli və Məcnun" bədii film nümayiş etdirildi

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.

Layihə çərçivəsində "dəyirimi masa"lar, debatlar, şairin fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq, poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, şairə həsr olunmuş bədii, sənədli filmlərin nümayişi, "Füzuli dünyası" adlı intelektual oyun və müsabiqənin keçirilməsi nəzərdə tutulub.

Aprelin 22-da məktəbin təşkilatı işlər üzrə direktor müavini Ş. Abdullayeva, Azərabyacan dili və ədəbiyyat müəllimləri Ü.Abbasova, T.Adıgözəlova şagirdlər ilə birlikdə "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi"nə həsr olunmuş "Leyli və Məcnun" bədii filmin nümayişi keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi