"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi"nə həsr olunmuş "Meyvələrin söhbəti" əsəri səhnələşdirildi

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.

Layihə çərçivəsində "dəyirimi masa"lar, debatlar, şairin fəaliyyətinə həsr olunmuş elmi, bədii əsərlər, məqalə və kitablarla tanışlıq, poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, şairə həsr olunmuş bədii, sənədli filmlərin nümayişi, "Füzuli dünyası" adlı intelektual oyun və müsabiqənin keçirilməsi nəzərdə tutulub.

Aprelin 19-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Püstəxanım Mehdiyeva 6"E" sinfində Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" əsərini səhnələşdirdilər. Şagirdlər meyvələr barədə fikirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi