“ Dahi şair Məhəmməd Füzulinin 530 illiyi" nə həsr olunmuş rəsm müsabiqəsi keçirildi

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.

Layihə çərçivəsində 18 aprel tarixində məktəbin təsviri incəsənət müəllimi Sevil Musayeva V sinif şagirdləri arasında “ Meyvələrin söhbəti” adlı rəsm müsabiqəsi keçirdi. Müsabiqənin keçirilməsində məqsəd şagirdlər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, Məhəmməd Füzulinin zəngin ədəbi-bədii irsi ilə bağlı şagirdləri maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi