1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə keçirilmiş “Yanğından Müdafiə” adlı təlim-məşq

28 fevral 2020-ci il tarixdə məktəbimizdə 1Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Yanğından Müdafiə” adlı təlim-məşq keçirildi. “Yanğından Müdafiə” adlı təlimdə məktəbin hərbi rəhbəri Nəcəfov Allahverdi Humay oğlunun təşkilatçılığı ilə 6D , 8C və 10B sinif şagirdləri iştirak edirdilər. Təlimi təşkil etməkdə məqsədimiz məktəbdə fövqəladə hadisə baş verdikdə,  şagirdlərin təhlükəsizliyinin  təmin olunması üçün  yanğın hadisəsinə qarşı şagirdləri  hazırlıqlı etmək, onları maarifləndirməkdir.  Təlim-məşq zamanı xəbərdarlıqedici səsdən sonra məktəbin direktoru Niftiyev Nizami müəllimə yanğının baş verməsi barədə xəbərdarlıq edildi. Xəbərdarlıqedici səsdən sonra məktəbin bütün müəllim, texniki heyət və şagird kollektivi məktəbi tərk etdilər. Məktəbin 6D , 8C və 10B sinif şagirdləri tez bir zamanda məktəbi tərk edərək həyətdə təyin edilmiş yerdə cərgə ilə düzüldülər.Öncədən təşkil edilmiş masanın ətrafında şagirdlərdən ibarət tibb bacıları xərəkdə çıxarılmış yaralının yaralarını sardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi