“Ədəbiyyat biliciləri ” müsabiqəsi

Məktəbdə 16.12.2019- cu il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-483 nömrəli əmrinə əsasən “Ədəbiyyat biliciləri ” müsabiqəsinin məktəb turu keçirildi. Məktəb mərhələsində , əsasən , bədii əsər oxumağa meyil və maraq göstərən ,Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən  şagirdlər ,-tərtib olunmuş sorğu vərəqlərini yazılı şəkildə cavablandırdılar. Oxuduqları əsərlər haqqında qısa təəssüratlarını danışdılar.Komissiya üzvləri tərtib olunmuş ədəbiyyat siyahısı əsasında onları sual cavab etdilər.Fikrini məntiqi və ardıcıl izah etmə bacarığına, səlis danışığına və nitq mədəniyyətinə görə 17 şagirddən 3 nəfər şagir rayon mərhələsinə seçildi.Şagirdlərə rayon mərhələsinə hazırlıqla bağlı ədəbiyyat tövsiyyə olundu və fevral ayına qədər mütəmadi olaraq kitabxanada  toplaşaraq müzakirələr etmək məsləhət olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi