Aleksandr Sergeyeviç Puşkin

   Bu gün məktəbimiz möhtəşəm bir tədbirə ev sahibliyi edib. Dahi  rus şairi, dramaturq və nasiri, rus ədəbi dilinin reformatoru Aleksandr Sergeyeviç Puşkinin həyat və yaradıcılığına həsr olunan tədbir Azərbaycan himni ilə açıq elan olunub. Daha sonra direktor Südabə Abdullayeva çıxış edərək gələn qonaqları salamlayıb. Görülən işin əhəmiyyətinin şagirdlərin həyatındakı, dünya görüşündəki rolundan danışıb. Bu kimi tədbirlərin şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə yüksək təsirini qeyd edib. Südabə xanımın çıxışından sonra tədbirin bədii hissəsi başlayıb. Yeni Azərbaycan Partiyasının Suraxanı təşkilatı və 279 nömrəli tam orta məktəbin birgə təşəbbüsü ilə hazırlanan tədbirdə rus dilində təhsil alan müxtəlif yaşlı şagirdlərin bir-birindən gözəl çıxışları təqdim olunub. Tədbirin aparıcısı tərəfindən  Aleksandr Sergeyeviç Puşkinin həyatı, yaradıcılığı haqqında bir sıra məlumatlar verildikdən sonra onun əsərlərindən bəzi nümunələr səhnəciklər vasitəsilə təqdim olunub. Bədii, müsiqili, rəngarəng formatda hazırlanan tədbirdə bir çox fəxri qonaqlar - Azərbaycan Dillər Universitetinin Təhsil fakultəsinin dekanı, filologiya elmləri doktoru, pregfessor Fikrət Cahangirov, AMEA N. Gəncəvi adına ədəbiyyat institunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Rasim Qurbanov, Güləş Fedarasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, pedaqoq üzrə fəlsəfə doktoru, doktorant Hicran Şərifov, Suraxanı Rayon Yeni Azərbaycan Partiyaşının sədri Vüqar Seyidov, Azərbaycan Prezidenti yanında İdarəetmə Akademiyasının professoru, kultroloq Fuad Məmmədov, müğənni Şahin İsmayılov  iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi