İlk dərs günü.

    15 Sentyabr- Bilik Günüdür. Bu əlamətdar gün respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi, bizim məktəbimizdə də qeyd edilib. Direktor Südabə Abdullayeva   tədbir iştirakçılarını, müəllim və şagird kollektivini salamladı və yeni dərs ilinin başlanması münasibətilə hamını təbrik etdi. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirirlər. Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün sevinc və həyəcanla gözlənilən , təntənəli şəkildə qəbul olunan bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərləyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata –məktəb həyatına qədəm qoyacaqlar. Bu münasibətlə məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə  çıxış etdilər. Sonda ilk zəng çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi