Şagirdlərin Psixologiya elminə marağını artırmaq məqsədilə seminar

03.04.2024-cü il tarixində 279 nömrəli tam orta məktəbin psixoloqları Raida Xidirova və Aynurə Babayevanın təşəbbüsü ilə şagirdlərin Psixologiya elminə marağını artırmaq, psixoloji biliklərini möhkəmləndirmək məqsədilə məktəbin 8A sinif şagirdi Fatimə Xəlilovanın təqdimatında maraqlı seminar keçirildi.Seminarda Psixologiya elmi, dünyada və Azərbaycanda yaranma tarixi, psixologiya elminə töhfə vermiş alimlərimiz haqqında məlumatlar verildi.Həmçinin şagirdimiz Fatimə Xəlilova Temperament mövzusunda hazırladığı divar

qəzetini də yoldaşlarına təqdim edərək informasiya mübadiləsi etdi.Psixoloqlarımız tərəfindən hazırlanan psixologiya sərgisində bir çox elmi ədəbiyyatlar və psixoloji vəsaitlər nümayiş etdirildi.Şagirdimiz Xəlilova Fatimənin çıxışı şagirdlərə motivasiya oldu və növbəti tədbirin təşəbbüskarı olmaq üçün bir-çoxu namizəd oldu.Tədbirin sonunda şagirdimiz diplomla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi