Şəhid Mürşüd Əhmədzadə və məktəbimizin məzun şəhidi Fazil Bayramovun doğum günü tədbiri

279 nömrəli tam orta məktəbin akt zalında, 1 aprel 2024-cü il tarixində ənənələrə sadiq qalaraq Vətən uğrunda canını fəda edən şəhid Mürşüd Əhmədzadə və məktəbimizin məzun şəhidi Fazil Bayramovun doğum günü tədbiri keçirildi.

Tədbirdə çıxış edən 279 saylı tam orta məktəbin direktoru və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin şöbə müdiri Elmar Hüseynov bildirmişlər ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş, qürurumuz və fəxrimiz olan şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır.

Həmçinin qeyd olunmuşdur ki, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində xalqımız bu gün sözlə ifadə edilməsi mümkün olmayan qazandığımız Şanlı Qələbənin sevincini hədsiz fərəh və qürur hissləri ilə yaşayır.

Tədbir 4"Ç" xə 8 "A" sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Şəhid anaları, qəhrəman qazilər, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin şöbə müdiri Elmar Hüseynov, YAP əməkdaşı Nərgiz xanım, ictimai xadimlər, məktəbin müəllim və şagird kollektivi iştirak etdi.

Anım tədbirində 279 saylı tam orta məktəbin şagirdləri Şəhidlərimizə ithaf olunmuş şerlər səsləndirmiş, vətənpərvərlik ruhunda mahnılar ifa etmişlər.

Qeyd edək ki, 01.04.1975-ci ildə dünyaya göz açan Fazil Bayramov 1993-cü ilin yazında Azərbaycan ordusuna həqiqi hərbi xidmətə çağırılıb. O, Ağdam, Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edərək 1993-cü ilin dekabr ayının 10-da Füzuli istiqamətində gedən döyüşlərdə düşmən zirehli texnikasından atılan atəş nəticəsində yaralanmış, düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partlatmışdır. Şəhidin 40 gündən sonra tapılan nəşi gətirilərək İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Əhmədzadə Mürşüd Müdahil oğlu 01.04.2000-ci il tarixində Tərtər rayonunun Evoğlu kəndind anadan olmuşdur.2006-2017-ci illərdə Tərtər rayonu Rafiq Məmmədov adına tam orta məktəbdə təhsil almışdır.

Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Uzun müddət nəşi neytral zonada qalaraq çıxarıla bilməmişdir. Mürşüd Əhmədzadənin nəşi 27 noyabr 2020-ci ildə neytral zonadan çıxarılaraq doğulduğu Tərtər rayonunun Evoğlu kəndində dəfn edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi