21 fevral Beynəlxalq Ana Dili günü

Öz milli dəyərlərimizə, xüsusilə dövlətimizin dilinə hörmət hər bir azərbaycanlının milli-mənəvi borcudur. Bu məqsədlə 21 fevral Beynəlxalq Ana Dili günü məktəbimizin idarə heyəti və şagird heyəti tərəfindən əlamətdar gün kimi qeyd olundu. Silsilə tədbirlər şəklində həyata keçirilən Ana Dili Günü bu dəfə məktəbimizdə Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Gülanə müəllimin təşkilatçılığı baş tutdu. Məktəbimizin şagirdlərindən ibarət bir qrupun məhsuldar iş prosesi nəticəsində gözəl bir tədbir nümayiş olundu. Belə ki, şagirdlər ana dilimizin gözəlliyini, incəliyini,qüdrətini şərh edən şeirlər səsləndirdilər, mahnılar oxudular. Slaydlar vasitəsilə ana dilimizin möhtəşəmliyini səciyyələndirən görüntülər göstərildi. Həmçinin tədbirdə şagirdlər gözəl bir səhnə nümayiş etdirlilər. Həm düşündürən, həm də izləyicilərin üzündə təbəssüm yaradan səhnə alqışlarla qarşılandı. Bu kimi tədbirlərin vətənpərvərlik mövqeyini şagirdlərə aşılamaq rəhbərliyimizin qarşısında duran başlıca məqsədlərdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi