Pedaqoji şura

31.01.2024-cü il tarixdə məktəbin müəllim və valideyn ictimaiyyətinin iştirakı ilə növbəti pedaqoji şura keçirildi. Şurada birinci yarımilin yekunlarına dair hesabatlar dinlənildi.Oktyabr ayında keçirilən monitorinqin nəticələri təhlil olundu . 3-cü sinif şagirdlərinin ingilis dili fənnindən göstərdiyi zəif nəticəyə əsasən ingilis dili müəllimlərinə şagirdlərlə xüsusi məşğul olmaqları tapşırıldı. Məktəbin təhlükəsizliyi, şagirdlərin təhlükəsiz şəraitdə təhsil alması , məktəbə kənar şəxslərin buraxılmaması rəhbərlik tərəfindən pedoqoji heyətə çatdırıldı.Müəllim və valideynlər qarşısında qoyulan yeni vəzifələr, şagirdlərə qarşı diqqətin artırılması , psixoloji maarifləndirmənin gücləndirilməsi, sinif rəhbərlərinin nəzarəti gücləndirməsi,şagird davamiyyəti,dərsə gecikmə ,şagirdlərin məktəbli formalarına ,tənəffüsdən sonra dərsə gecikmə hallarının qarşısının alınması, etik davranış qaydalarına riayət olunması kimi aktual məsələlər müzakirə olunaraq qərarlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi