"Təbiəti qoruyanlar"

Bakı Şəhəri Təhsil İdarəsinin 02.11.2023-cü il tarixli F-403 nömrəli əmri ilə təsdiq edilmiş Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Bakı Zooloji Parkına ekskursiya təşkil olundu.

Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihənin 4.3. "Şagirdlərin Bakı Zooloji Parkına ekskursiyalarının təşkili" bəndini icra etmək məqsədilə məktəbin biologiya müəllimi Aytən Cəbiyevanın təşkilatçılğı 7"E" sinif şagirdlərinin iştirakı ilə Bakı Zooloji Parkına ekskursiya təşkil olunmuşdur. Zooloji Parkda fənn müəllimi Aytən Cəbiyeva "Məməlilərin ekoloji qrupları" mövzusunda dərs keçdi. Ekskursiya zamanı şagirdlər təbiəti, heyvanları qoruma və mühafizə etməyin nə qədər vacib məsələ olması haqqında genişmiqyaslı məlumat əldə etmiş oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi