Dövlət Başçısı cənab İlham Əliyevin doğum günü

Dövlət Başçısı cənab İlham Əliyevin doğum gününə və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən 3"B" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı şəhid olan oğul və qızların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə kiçik yaşlı vətənpərvər şagirdlərimiz Ali Baş Komandan İlham Əliyev canablarının 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması missiyasını və ata vəsiyyətini yerinə yetirdiyini diqqətə çatdırıb. “Dəmir yumruq” əməliyyatı ilə Şanlı Zəfərə imzasını atan qüdrətli liderin qələbədən sonra eyni əzmlə çalışdığını, Azərbaycanın daha da inkişafı üçün yeni layihələr həyata keçirdiyindən bəhs ediblər. Şagirdlərin ifasında Ali Baş Komandan İlham Əliyev canablarına həsr edilmiş mahnı və şeirlər tədbirə xüsusi rəng qatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi