Şəhid Cəsarət Səfərovun anım günü

Cəsarət Xaliq oğlu Səfərov 2001-ci il iyunun 27-də Bakının Suraxanı rayonunda anadan olub. Lənkəran Dövlət Universitetində ali təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun əsgəri Cəsarət Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəsarət Səfərov noyabrın 5-də Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Prezidentinin Sərəncamı ilə şəhid Cəsarət Səfərov "Hərbi xidmətlərə görə" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlınn azad olunmasına görə" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

19.12.2023-cü il tarixində 4"B"sinfi adını daşıdığı şəhid Cəsarət Səfərovun anım günü qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi