1-ci Qarabağ müharibəsinin Şəhidi Bayramov Fazil Sahabəli oğlu anım günü

Dekabrın 10-da Vətən uğrunda canını fəda edən qəhrəmalardan biri, 1-ci Qarabağ müharibəsinin Şəhidi Bayramov Fazil Sahabəli oğlu anım günüdür.

Şəhidin məzun olduğu 279 nömrəli tam orta məktəbin 8"A" sinif şagirdləri fənn müəllimi Kifayət Abdullayeva ilə birlikdə Fazil Bayramovun barelyefini ziyarət edərək önünə gül dəstələri düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.

Anım günü 8"A" sinif şagirdləri Şəhidlərimizə ithaf olunmuş şerlər səsləndirmiş, vətənpərvərlik ruhunda mahnılar ifa etmişlər.

Qeyd edək ki, 01.04.1975-ci ildə dünyaya göz açan Fazil Bayramov 1993-cü ilin yazında Azərbaycan ordusuna həqiqi hərbi xidmətə çağırılıb. O, Ağdam, Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edərək 1993-cü ilin dekabr ayının 10-da Füzuli istiqamətində gedən döyüşlərdə düşmən zirehli texnikasından atılan atəş nəticəsində yaralanmış, düşmənə əsir düşməmək üçün qumbara ilə özünü partlatmışdır. Şəhidin 40 gündən sonra tapılan nəşi gətirilərək İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi