Şagird Parlamentinin iclası

Şagird Parlamentinin iclası keçirildi.

6 dekabr tarixində şagird özünü idarəetmə orqanının komissiya üzvlərinin iştirakı ilə noyabr ayında görülən işlər və qarşıda duran məsələlər barədə iclas keçirildi. İclasda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Aygün Fərzəliyeva, UBTR Samirə Quliyeva, parlament üzvləri iştirak etdi. İclası giriş sözü ilə açan məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Aygün Fərzəliyeva məktəbin Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirlərin qısa xülasəsini təqdim etdi.

Görüş zamanı iştirakçılar gündəlikdə duran məsələlərlə tanış oldular. Şagird parlamentinin təhsil üzrə daimi komissiyanın sədri VIII sinif şagirdi Budaqov Cəsur və parlamentin digər üzvləri “Şagird parlament" hesabatını dinlədilər. UBTR Samirə Quliyeva üzvlərin diqqətinə çatdırdı ki, şagirdlərin maraq və narahatlığına səbəb olan məsələlər, eləcə də problemlər, onların həlli yolları məktəb rəhbərliyi qarşısında qaldırılmaqla həll edilir. Komissiya üzvləri çıxışlarında şagird davamiyyəti, məktəbli formaları, dərsə gecikmə halları, divar qəzetlərinin növbəti buraxılışının çıxarılması məsələlərinə aydınlıq gətirdilər. Sonra parlamentin üzvləri qarşıda qoyulan məsələləri müzakirə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi