Şagirdlər Bilim Bakı Mərkəzində ekskursiyada oldular.
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1701074856656457a8af72e5.89639623.jpg)
Bilim Bakı Mərkəzi” 6-14 yaşlı şagirdlərin elmə, innovasiyaya olan marağının formalaşdırılması, həmin şagirdlərin kiçik yaşlarından maraq dairəsinə uyğun olan sahələrin inkişaf etdirilməsinə dəstək göstərir. Mərkəzdə keçirilən təlimlərdə 6 fərqli laboratoriyaların hər birinə aylıq 3 fərqli mövzu çıxarılır. Mövzuların hər biri uşaqların yaş qruplarına, dünya görüşünə və məktəb dərslərinə uyğun olaraq formalaşdırılır. Təlimlər 6 fərqli laboratoriyalarda: Sahibkarlıq, Astronomiya, kosmos və aviasiya, Riyaziyyat, Dizayn, Təbiət elmləri və Texnologiya laboratoriyalarında keçirilir. Məktəb qruplarından gələn 6-14 yaş aralığında olan şagirdlərin hər biri 6-8, 9-11, 12-14 yaş qrupuna uyğun olaraq qruplaşdırılaraq təlimlərə qatılırlar.