Müəllimlər üçün təşkil olunmuş iclas

25.10.2023 -cü il tarixində məktəbin akt zalında iclas keçirildi.

Keçən 2022-2023 -cü il tədris ilində Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən siniflər üzrə keçirilmiş monitorinqlərin təhlil olunub və həmin təhlilə əsasən siniflərdə 0-30 bal arası nəticə göstərən şagirdlərə əlavə məşğələlər təyin olunmuşdur.

Bu fəalliyyətin müzakirəsi ilə əlaqədar iclas keçirildi.

Məktəbin direktoru Südabə Abdullayeva giriş sözü ilə müəllimlərə müraciət edərək lll və lV siniflər üzrə keçirilmiş monitorinqlərin 0 -30 bal arası nəticəsi göstərmiş şagirdlərin Riyaziyyat, Azərbaycan dili, İnglis dili müəllimlərinin gördüyü işlərin nəticələri ilə haqqında məlumat verdi.

Müəllimlərə görüləcək işlər haqqında öz tövsiyəsini verdi.

İclas zamanı Təlim-tərbiyə üzrə məktəbin direktor müavini Təranə Hadıyeva məlumat verərək bildirdi ki, Riyaziyyat müəllimləri Məmmədova Mirvari, Nəbiyeva Nazəndə , Əliyeva Laçın və Azərbaycan dili - Ədəbiyyat müəllimi Sevinc Quliyeva Tamilla Vəliyeva zəif nəticə göstərən şagirdləri əlavə məşğələlərə cəlb etdilər.

Daha sonra şagirdlərin inkişaf dinamikasından söhbət açıldı.

Eyni zamanda Təlim-tərbiyə işləri üzrə direktor müavini Qızbəs Qasımova çıxışında monitorinq nəticələrindən sonra keçiriləcək əlavə məşğələlər haqqında söhbət açdı.Ardınca “Yaradıcı Müəllim”müsabiqəsi haqqında məlumat verdi.

İclasın yekununda Tərbiyə işləri üzrə direktor müavini Aygün Fərzəliyeva çıxış edərək müəllimlərə gələcək tədbirlər barədə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi