PEŞƏKARLIQ YOLUNDA
PEŞƏKARLIQ YOLUNDA
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Peşəkarlıq yolunda" layihəsinin keçirilməsi barədə F-360 nömrəli əmrindən irəli gələn tədbirlər planının 1-ci hissəsinin- "Şagirdlərin maarifləndirilməsi", 1.1. "Şagirdlərin düzgün ixtisas və peşə seçimi, uğurlu karyera barədə məlumatlandırılması" bəndinin icrası məqsədilə 8"C" və 9"C" sinif şagirdlərinin iştirakı ilə dəyirmi- masa keçirildi. Dəyirmi-masanın keçirilməsində əsas məqsəd şagirdləri gələcək peşə seçimi zamanı nələrə diqqət yetirməkləri, uğurlu karyera qurmağın sirləri haqqında məlumat verməkdir.