Məktəbin 9-cu sinif şagirdi Qədimli Leyla Rövşən qızı 6 yaşından rəqslə və aktrisalıqla məşğuldur. Azərbaycanı bir çox xarici ölkələrdə (Almaniya, Çexiya, Gürcüstan, Rusiya və.s.) keçirilən müsabiqələrdə təmsil edib. Bu müsabiqələrdən diplomlar, bir sıra mükafatlarla Azərbaycana geri dönüb. 2019-cu il 6 dekabr tarixində Moskvada keçirilən "Золото Нации" festivalında "Sarı Gəlin" rəqsini ifa etmiş və digər ölkələrin müsabiqəyə qatılmış iştirakçılarından önə keçərək 1-ci yerə layiq görülmüşdür. Bu il isə Stokholmda keçirilən "Amberstar" festivalında "Dədə Qorqud" eposunun əsas rolunu ifa edərək Qran-pri mükafatına layiq görülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 279 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qəndab Məmmədova ABŞ-ın Kopernik olimpiadasında fizika-astronomiya fənləri üzrə qızıl medala layiq görülüb.
Qeyd edək ki, Q.Məmmədli 2022-ci ildə olimpiadanın Azərbaycanda təşkil olunan mərhələsində qalib gələrək ABŞ-da keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan təhsilinin adını yüksəklərə qaldıran Q.Məmmədova fizika -astronomiya fənləri üzrə yerli və beynəlxalq səviyyəli bir çox olimpiadalarda uğurlu nəticələr əldə edib. O, 2 dəfə respublika fənn olimpiadalarında gümüş medala, 2022-ci ildə "Şuşa ilı"nə həsr olunmuş respublika olimpiadasında qızıl medala layiq görülüb.