Məktəbimizin 3-cü sinif şagirdi Nağıyeva Xədicə gimnastika sahəsindəki uğurlarına görə hər birimizi sevindirdi. Belə ki, o, Budapeşt şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi 13 ölkə, 250 gimnast arasında təmsil edərək 6-ci yerə layiq görülüb.
Məktəbin 9-cu sinif şagirdi Qədimli Leyla Rövşən qızı 6 yaşından rəqslə və aktrisalıqla məşğuldur. Azərbaycanı bir çox xarici ölkələrdə (Almaniya, Çexiya, Gürcüstan, Rusiya və.s.) keçirilən müsabiqələrdə təmsil edib. Bu müsabiqələrdən diplomlar, bir sıra mükafatlarla Azərbaycana geri dönüb. 2019-cu il 6 dekabr tarixində Moskvada keçirilən "Золото Нации" festivalında "Sarı Gəlin" rəqsini ifa etmiş və digər ölkələrin müsabiqəyə qatılmış iştirakçılarından önə keçərək 1-ci yerə layiq görülmüşdür. Bu il isə Stokholmda keçirilən "Amberstar" festivalında "Dədə Qorqud" eposunun əsas rolunu ifa edərək Qran-pri mükafatına layiq görülüb.