"Kiçik Akademiya"

Azərbaycan Respublikası Təhsil nazirinin 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin 2.6-cı bəndinin icrasını təmin etmək, istedadlı uşaq və gənclərlə aparılan işləri tənzimləmək məqsədilə məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın yekun konfransı keçirildi. Konfrans Akademiyanın prezidenti- kimya müəllimi Təranə Rəcəbovanın iştirakı ilə baş tutdu. Konfransda 6 "D", 7 “A”, 8 “A”, 6 “E”, 7 “D”, 9 “D”, 10 “D” sinif şagirdlərinin təbiət elmləri, riyaziyyat-informatika və humanitar fənlər üzrə hazırladıqları layihələr rəhbərlik tərəfindən yüksək qiymətləndirildi. Konfransın sonunda şagirdlər həvəsləndirici sertifikatlarla mükafatlandırıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi