"Kiçik Akademiya"nın təqdimatçı şagirdlər ilə görüşü

  Kiçik Akademiyanın təqdimatçı şagirdləri ilə görüş keçirildi. Akademiyanın prezidenti, kimya-biologiya dərsini tədris edən Təranə Rəcəbovanın təşkilatçılığı ilə keçirilən görüşdə  şagirdlərin hazırladıqları təqdimatlar müzakirə olundu. Qeyd edək ki, müəllim və şagird yoldaşları tərəfindən verilən dəyərli məlumatları, tövsiyələri yüksək qiymətləndirən təqdimatçılar fikir mübadiləsi edərək axtarışlara, yeniliklərə həvəs göstərirlər.  Müxtəlif fənlər üzrə hazırlanan təqdimatlar şagirdlərin dünyagörüşünü, araşdırma qabiliyyətini, savadını, ümumilikdə, potensialını inkişaf etdirərək onları gələcək fəaliyyətlərində alim kimi yetişdirməyə xidmət edir. Fənlər üzrə seçim turunda iştirak edən şagirdlərin hazırladıqları ən yaxşı iki təqdimat seçilərək məktəb turuna təqdim olunur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi