"Xocalı- Qan Yaddaşımız"

18.02.2025-ci il tarixdə Liseyin UBTR-i Aytac Mustafayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Günel,Şəhid Zaur Mədətovun adını daşıyan 7a sinif şagirdləri və sinif rəhbəri Cəfərova İlhamə Xocalı faciəsinə həsr olunmuş Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nəzdində yaradılmış " Xocalı Memorial Soyqırımı "Muzeyində olublar.
Xocalı Memorial Soyqırım Muzeyi ilə tanışlıq zamanı məlumat verildi ki, muzey tarix, deportasiya-repressiya, soyqırım və terror bölmələrindən ibarətdir.
Muzeyin soyqırım və terror bölmələrində erməni silahlı birləşmələri və MDB-nin 366-cı alayının 1992-ci ilin fevralın 26-da Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar və digər eksponatlar yerləşdirilib. Həmin bölmədə 26 fevral 1992-ci il tarixə Xocalı və ətraf əraziləri özündə əks etdirən maket qurulub.
Muzeyin ziyarətindən olan görüntüləri Sizlərə təqdim edirik.