HAQQIMIZDA

277 nömrəli idman təmayüllü tam orta məktəb Nizami rayonu Məhsəti 133 ünvanında yerləşir. 1986-cı ildən idman təmayüllü məktəb kimi fəaliyyət göstərir. Məktəbdə azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Məktəbimizdə ibtidai sinfə qəbul yoxdur. Ona görə təhsil iki: - əsas (v – ıx),(x – xı) pillədən ibarətdir. Dərslər həftədə beş gündür. Təlim və tərbiyə işi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiqlənən ümumtəhsil məktəbləri üçün nümunəvi olan plan və proqramlar əsasında,eləcədə pedaqoji şurada və Bakı Şəhəri üzrə Təhsil İdarəsində təsdiqlənmiş saat cədvəlində qismən dəyişikliklər aparmaqla həyata keçirilir. Belə ki,dərslər saat 10:00-da başlayır. Məşqlər bir də dərsdən sonra keçirilir. Son illər ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əsaslı tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin təhsil sistemində başladığı islahatlar nəticəsində ölkədə yeni məktəblərin inşası, məktəblərin yeni avadanlıqlarla təchiz edilməsi sahəsində xeyli iş görülmüş, sonrakı illərdə bu istiqamətdə əsaslı uğurlar qazanılmışdır. Prezident İlham Əliyev bu sahədə islahatların sürətlə həyata keçirilməsini təmin etmiş, ölkənin təhsil sistemi əsaslı şəkildə yenidən qurulmağa başlamışdır. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur. Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, köhnə məktəblər əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. O cümlədən 277 nömrəli idman təmayüllü tam orta məktəb 2011-ci ildə əsaslı təmir olunub müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Məktəbdə 36 müəllim fəaliyyət göstərir və 372 nəfər şagird təhsil alır. Məktəbin digər məktəblərdən fərqi, məhz idman təmayüllü olmasıdır. Məktəbdə idmanın müxtəlif növü ilə məşğul olan şagirdlərin maraq,qabiliyyət və istedadlarının inkişaf etdirilməsi üçün lazımı şərait və imkan yaradılmışdır. Məktəblilər arasında Dünya,Avropa və Azərbaycan çempionlarımız çoxdur. Ölkəmizin adını, bayrağımızı, himnimizi hər zaman yüksəklərə qaldırırlar. Çempionlarımızın 60 faizi imtahansız Azərbaycan Dövlət İdman Akademiyasına qəbul olunurlar. Lakin, başqa institutlara, universitetlərə qəbul olan şagirdlərimiz də çoxluq təşkil edir. prezident təqaüdünə layiq görülmüş məzunlarımız var. Bizim məqsədimiz savadlı şagirdlər, idmançılar yetişdirmək və onların hər birini vətən üçün, ölkəmiz üçün xeyirli şəxsiyyət kimi formalaşdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi