Keyfiyyət monitorinqinin nəticələri gənc müəllimlərlə müzakirə olundu

   Aprelin 10-da Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən aparılan keyfiyyət monitorinqinin nəticələrinə həsr olunmuş görüş keçirilib.

Görüşdə məktəb direktoru , direktor müavinləri və müəllimlər iştirak edib.

Görüş zamanı aparılmış keyfiyyət monitorinqinin nəticələri müzakirə olunub, məktəbin fəaliyyətinin təhlili aparılıb və təhsilin keyfiyyətinin artırılması istiqamətində təkliflər irəli sürülüb.

Monitorinq nəticələrinə əsasən, tədris keyfiyyəti ilə bağlı bir sıra çatışmazlıqların aşkar edildiyi bildirilib.

Təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir neçə əsas istiqamət xüsusi vurğulanıb:

Şagirdlərdə öyrənmə bacarıqlarını formalaşdırmaq və təkmilləşdirmək üçün şəraitin yaradılması, onlarda yaradıcı düşünmə, problem həlletmə, öyrəndiklərini digər fənlərlə və real həyatla əlaqələndirmək bacarıqlarının inkişaf etdirilməsi;

Tədris prosesinin məqsədyönlü planlanması, formativ qiymətləndirmənin səmərəli aparılması və müasir tədris resurslarının effektiv istifadəsi;

Müəllimlərin metodiki bacarıqlarının artırılması, şagirdlərə fərdi yanaşması və motivasiyaedici tədris mühitinin yaradılması;

Müasir və şagirdyönümlü təlim metodlarının tətbiqi, interaktiv dərslərin təşkili və tənqidi düşünməni inkişaf etdirən yanaşmaların genişləndirilməsi;

Müstəqil düşünmə və özünüifadə bacarıqlarının artırılması, öyrənilən biliklərin real həyatla əlaqələndirilməsi və aktiv iştirakın təşviqi.

Çatışmazlıqların aradan qaldırılması üçün metodiki dəstəyin gücləndirilməsi və müəllimlərin yenilənmiş tədris yanaşmalarına yiyələnməsi istiqamətində addımların atılmasının vacibliyi qeyd edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi