"İmtahan həyəcanının korreksiyası"

Məktəb psixoloqlarnın illik fəaliyyət planının 1.3.4-cü bəndinə əsasən 9-cu sinif şagirdləri ilə "İmtahan həyəcanının korreksiyası" mövzusunda maarifləndirici görüşlər keçirildi. İmtahan qabağı stress, qayğılar, yorğunluqlar şagirdlərin üzləşdiyi əsas problemlərdən biridir. Bu kimi hallar isə imtahanda göstərilən nəticələrə bir çox hallarda mənfi təsir edir. Şagirdlərə imtahan həyəcanının əlamətləri, səbəbləri haqqında məlumat verildi, imtahan ərəfəsində və imtahan günü şagirdlərin necə davranmalı olduqları haqqında təlimatlar verildi, imtahan həyəcanı zamanı istifadə edə biləcəkləri rahatlama texnikalarından bəhs edildi.
Yeniyetməlik yaş dövrünə uyğun olaraq şagirdlərin yaşadığı böhran hallarını nəzərə alaraq şagirdlərə eləcə də "İntiharın profilaktikası" mövzusunda söhbət aparıldı.