"Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə məktəbin bağçasına güllər əkilib
Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir.
Layihə çərçivəsində 18.04.2024- cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Məsmə Səlimli sinif şagirdləri ilə birlikdə məktəbin bağçasında güllər əkilib.