"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş nümunəvi dərs
Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir.
Layihə çərçivəsində 05.04.2024- cü il tarixdə məktəbin biologiya müəllimi Şükriyyə Musayeva sinif şagirdləri ilə birlikdə açıq havada "Bitki aləminin müxtəlifliyi" mövzusunda nümunəvi dərs keçirdi.