"Dəyərlərimiz bədii ədəbiyyatda" başlığı ilə görüş

   Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil, uzun təqvim müddətini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasim kompleksidir. Xalqımızın belə böyük tədbiri yazıçıların əsərlərində də öz əksini tapmışdır.

"Çox-çox uzaq keçmişlərdə Xıdır Nəbi bayramı keçirilərmiş Azərbaycanımızda, Kiçik çillənin qurtardığı son gündə. Yəni, 25-28 fevral günlərində keçirilər və bir növ Novruza hazırlıq xarakteri daşıyırmış. Bu bayramın özünəməxsus adətləri, oyunları, yeməkləri olub."

Bu gün məktəbin kitabxanasında kitabxana müdiri Ş.M.Zeynalovanın təşkilatçılığı ilə Azərbaycan dili və Ədəbiyyat müəllimi Ş.Ələkbərova 8-ci sinif şagirdləri ilə "Dəyərlərimiz bədii ədəbiyyatda" başlığı ilə görüş keçirib və Novruz ənənələrinin əks olunduğu əsərlər barədə danışıblar. Həmçinin şagirdlər Novruz ənənələrini özündə əks etdirən İsmayıl Şıxlının "Dəli Kür" və İbrahim Bəy Musabəyovun "Neft və milyonlar səltənətində" əsərinin ssenarisi əsasında ekranlaşdırılmış "Qızıl uçurum" filmindən hissələrə tamaşa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi