Böyük zəfəri bizə yaşadanlar anıldı

Zəfər Günü ilə bağlı 4 c, 5 b, 6 a sinfi Şəhidlər Xiyabanını, Qənimətlər parkını, Dədə Qorqud qəsəbəsində və Quşçuluq qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını və Şəhid bulaqlarını ziyarət etdilər. Bu böyük qələbəni bizə yaşadan qəhrəman oğullarımıza, igid şəhidlərimizə və qazilərimizə borclu olduğumuz bir daha şagirdlərə xatırladıldı.
Biz bu böyük zəfəri bizə yaşadan şəhidlərimizi heç bir zaman unutmadıq və unutdurmarıq.