" Nizami Gəncəvi yaradıcılığına " həsr edilmiş onlayn kompozisiya

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə əlaqədar 09.03.2021-ci il tarixli F-74 nömrəli əmrinə" və məktəbin fəaliyyət planına uyğun olaraq Bakı şəhəri, Suraxanı rayonu, E. Qaranzadə adına 270 nömrəli tam orta məktəbin rus dili müəllimi Cəlalə Məhərrəmovanın rəhbərliyi ilə 8 "D" sinif şagirdlərilə birlikdə " Nizami Gəncəvi yaradıcılığına " həsr edilmiş onlayn kompozisiya keçirildi. Onlayn tədbirdə məktəbin direktor əvəzi Kəmalə Məmmədova və UBTR-i rəhbəri İlahə Əhədova da iştirak etdilər. Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş slayd nümayiş etdirildi. Məmmədov Rəvan Ramil oğlunun tarda müşayiəti ilə 8 "D" sinif şagirdləri tərəfindən şeirlər, qəzəllər dinlənildi. Sultanova Əsmər Qiyas qızı isə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin sözlərinə bəstələnmiş "Sevgili Canan" qəzəl-romansını ifa etdi. Tədbir iştirakçıları Nizami Gəncəvinin həyat və yaradıcılığına bir daha nəzər saldılar.