“Azərbaycan dili-milli varlığımızdır” adlı şeir müsabiqəsi

19 fevral 2020-ci ildə E.Qaranzadə adına 270 №-li tam orta məktəbin kitabxanasında “21 fevral Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Müsabiqə 6-cı sinif şagirdlərini əhatə edirdi. Müsabiqədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini V.Ş.Hüseynova, tərbiyə işləri üzrə direktor müavini K.A.Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi X.S.Nəbiyev və kitabxana müdri Ş.M.Zeynalova münsif kimi çıxış edirdilər. “Beynəlxalq Ana Dili Günü”nün tarixi barədə məlumat verildikdən sonra müsabiqə başlandı. Müsabiqədə 20 nəfər 6-cı sinif şagirdi iştirak edirdi. Müsabiqə operativ və maraqlı keçdi. Şagirdlər ana dili barədə yazılmış şeirlər səsləndirdilər. Ən yaxşı şeir söyləyənlər bal sistemi ilə qiymətləndirildi və 1-ci yerə Qasımlı Məsumə, 2-ci yerə Məlikzadə Məhəmməd, 3-cü yerə isə Quliyeva Həlimə, Pənahova Fatimə və Quliyeva Əsra layiq görüldülər.