27 sentyabr- Anım günü

     Bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır. 27 sentyabr dogma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmdarlığını başa çatdıracaq hərbi-siyasi, gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəsinliklə dediyi şərəfli bir tarixdir.  Xətai rayonu R.Məmmədov adına  269 nömrəli tam orta məktəbdə də 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirildi.  Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Daha sonra vətən torpaqlarının azadlığı uğrunda şirin canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyərək onların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərimiz Vətən müharibəsi və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər. Həmçinin sinif otaqlarında şəhidlərin xatirəsi yad edildi. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin !!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi