KORRUPSİYAYA QARŞI MÜBARİZƏNİN GÜCLƏNDİRİLMƏSİ İLƏ BAĞLI İCLAS

   Məktəblərdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində maarifləndirici tədbirlər  keçirilir.Bu tədbirlərin keçirilməsində məqsəd  təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılmasıdır.    Bu məqsədlə Bakı Şəhəri 269 nömrəli tam orta məktəbdə də məktəbin direktoru Aygün xanım Əzizovanın rəhbərliyi ilə  məktəbin işçi heyətinin iştirakı ilə iclas təşkil olundu. İclas zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər,  korrupsiya ilə mübarizənin tətbiqi məsələləri barədə işçi heyətinə məlumat veridi.   İclasın sonunda qeyd olunan mövzular ətrafında müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi